İran əleyhinə qəbul edilən qətnaməyə sərt cavab verdi
İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasında İranın dinc məqsədli nüvə proqramı barədə qəbul edilən əsaslandırılmaz qətnamə haqda bəyanat yayıblar.
Bəyanatda deyilir: İran İslam Respublikasının prinsipial siyasəti daima/ əhatəli zəmanət razılaşması/ və nüvə silahlarının yayılmaması müahidəsi altında göstərilən vəzifələr və hüquq çərçivəsində/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə konstruktiv anlaşmaya əsaslanıb.
Bəyanatda sonra deyilir: İran xalqına qarşı qanunsuz təzyiqlər, qəddarcasına sanksiyalardan istifadə və nüvə anlaşması çərçivəsi də daxil olmaqla öz öhdəliklərinə aşkar şəkildə sədaqətsizlik və öhdəlikpozma sahəsində uzun keçmişə malik olan üç Avropa hökuməti və Amerika/ İranla agentlik arasında yaradılmış konstruktiv atmosferin davam etməsinə kömək etmədilər ki, heç,// hətta agentliyin baş direktorunun səfərinin nəticələrini belə gözləmədilər./ Onlar əsaslandırılmaz və qarşıdurma hərəkətində direktorlar şurasına İran əleyhinə qətnamə təqdim etdilər. Əlbəttə, bu qətnamə direktorlar şurası üzvlərinin yarısının dəstəyini qazana bilmədi. Bunun özü, dəstək verməyən ölkələrin/ qətnamə banilərinin siyasi və təxribatçı yanaşmaları ilə müxalif olduqlarını göstərir.
Belə bir addım bir daha sübut etdi ki, üç Avropa hökuməti və Amerika/ agentliyin etibarının qorunmasına dair iddialarına əsla sadiq deyillər və İranın nüvə məsələsi onların qanunsuz məqsədlərinin həyata keçirilməsi istiqamətində sırf olaraq bir bəhanə və vasitədir- deyə, bəyanatda qeyd olunur.
İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı öz bəyanatlarında vurğulayıblar: İran İslam Respublikasının müxtəlif səviyyələrdəki səlahiyyətli orqanları bundan öncə bildirmişdilər ki, hər cür qarşıdurma tədbirinin görülməsi İranın qarşılıqlı cavabı ilə üzləşəcək.
Bəyanatda daha sonra deyilir: Bu əsasda, İran Atom Enerjisi Təşkilatının sədri müxtəlif tipli yeni və modern sentrifuqalardan ibarət komplekslərin ardıcıl şəkildə işə salınması da daxil olmaqla təsirli addımların atılması haqda göstəriş veribdir.