İran və Azərbaycan qoşunları birgə hərbi təlim keçirir
Bu gün İran İslam Respublikası və Azərbaycan Respublikasının birgə iştirakı ilə "Araz Birgə Təlimi" adı altında quru təlimi Ərdəbil vilayətinin Aslandüz sərhədi yaxınlığında neytral zonada başlayıb.
İran və Azərbaycanın xüsusi təyinatlılarının qatıldığı "Araz Birgə Təlimi" hərbi təlim əməliyyatı bu gündən etibarən 4 gün davam edəcək. Hər iki ölkənin xüsusi təyinatlılarının qatıldığı bu təlim, İranın şimal sərhəd rayonlarının keçilməz yüksəklik ərazilərdə başlayıb.
SEPAH-ın Quru Qoşunları İctimaiyyətlə Əlaqələr şöbəsi, bu manevrin məqsədinin ikitərəfli əlaqələri daha da möhkəmləndirməsi olduğunu elan edib.
Hərbi təlimin hədəfində mütəşəkkil qanunsuz silahlı birləşmələrə qarşı mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və əməliyyat və taktiki səviyyədə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi durur.
Bildirilir ki, bu təlim iki ölkənin ortaq maraqlarını təmin etmək üçün edilən razılaşmalara əsaslanır.Bu gün səhər saatlarında Azərbaycan Respublikasının hərbi nümayəndə heyəti Biləsuvar şəhərinin sərhəd terminalından keçərək İrana daxil olublar.
Azərbaycan Respublikasının hərbi nümayəndə heyətini Ərdəbil Vilayətinin SEPAH Korpusunun komandiri və bu təlimdə iştirak edən komandirlər qarşılayıblar.
Həmçinin Azərbaycanın yüksək rütbəli hərbi nümayəndə heyəti təlimlərin keçirildiyi ərazidə hər hansı sərhəd təhlükəsi qarşısında birgə təlimlərə lazımi hazırlıq görüldüyünü bəyan edib.
Bu təlimin təfərrüatları açıqlanacaq.
SEPAH Quru Qoşunları İctimaiyyətlə Əlaqələr Şöbəsi