İran və Çin əhatəli müqavilənin icrasına əzmkardırlar
İran-Çin əməkdaşlıqları uzaq keçmişlərdən bəri daim dostcasına və səmimi olub və bu gün də iki ölkə əlaqələri stratejidir. Bunu, Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitinin kənarında Çin prezidenti ilə konstruktiv danışıqlarına toxunan İran prezidenti bildirib.
Ölkə prezidenti dünən axşam Tehranda Çinin baş nazir müavini Çjan Qo Tsin ilə görüşdə özünün Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitinin kənarında Çin prezidenti ilə konstruktiv danışıqlarına işarə edib. Bildirib ki: İran-Çin əməkdaşlıqları uzaq keçmişlərdən bəri daim dostcasına və səmimi olub və bu gün də iki ölkə əlaqələri stratejidir.
Pezeşkiyan dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən Çin tərəfi ilə əhatəli müqavilənin icrasının ardınca olduğunu bildirib.
Si Tsin Pin ilə son görüşdə yaxşı anlaşmalarımız oldu. Bu anlaşmaların təqib olunması üçün sizin Tehrana səfəriniz də Çin hökumətinin İranla əlaqələri genişləndirmək üzrə əzmkarlığına dəlalət edir- deyə, Pezeşkiyian bildirib.
Amerika beynəlxalq arenada totalitarizm və unilateralizm ardıncadır- deyən İran prezidenti söyləyib: Təktərəflilik ilə mübarizə istiqamətində Çin və Rusiya ilə əməkdaşlıqlarımızı genişləndirməyə əzmkarıq.
Ölkəsinin prezidentinin ən yaxşı arzuları və səmimi salamlarını doktor Pezeşkiyana çatdıran Çinin baş nazir müavini də bildiribdir ki, regionda böyük və mühüm ölkə olan İran İslam Respublikası beynəlxalq arenada konstruktiv və təsirli rola malikdir.
Iki ölkə prezidentlərinin Kazandakı anlaşmalarının təqib edilməsi məqsədilə İrana səfər etdiyini bildirən Çjan Qo Tsin qeyd edibdir ki: İran Çin üçün strateji və mühüm ortaqdır. Biz sizinlə əlaqələrə olan baxışımızı strateji və uzaq perspektivli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi əsasında tənzim etmişik. İran İslam Respublikasının qarşılıqlı əlaqələri dərinləşdirmək üzrə həmkarlığından razıyıq. İkitərəfli əlaqələr sahəsində, eləcə də iki ölkənin beynəlxalq təşkilatlardakı anlaşmalarında/ unilateralizmlə mübarizə istiqamətində faydalı əməkdaşlıqlara malikik.