General Səlami:
"Bizim dayanacaq böyük millətimiz, rəhbərliyimiz və ilham aldığımız böyük bir liderimiz var"
İİKK-nın Baş Komandanı general-mayor Səlami Suriya ilə bağlı çıxış edib.
Komandan bildirib ki, bəziləri Suriya ordusu əvəzinə bizdən döyüşməyi gözləyir. Axı bu ölkənin ordusu tamaşaçı olduğu halda, bütün İİKK və Bəsic-i başqa ölkədə döyüşməyə cəlb etməyimiz heç ağlabatandırmı? Digər tərəfdən bizim Suriyaya getməməyimiz üçün bütün yolları bağladılar.
Suriyada müqavimət xəttini tərk edən sonuncu şəxslər İİKK heyəti oldu. Bu meydanı tərk edən sonuncu şəxs pasdarlar olub. Strategiyalar şəraitə uyğun olaraq dəyişdirilməlidir.
Siyasi dairələrdə, ziyalılarda və geniş ictimaiyyət arasında bəzi şəxslər İran İslam Respublikasının regional "qollarını" itirdiyini təbliğ edirlər.
Xeyr! Belə deyil! Nizam "qollarını" itirməyib.
Biz kafirlərlə mübarizə aparmaq üçün daxili imkanlarımıza və istedadlarımıza əsaslanaraq qərarlar verir və hərəkət edirik. Mübarizə aparmaq üçün güclü siyasi məntiqimiz, müdafiə etmək üçün güclü legitimliyimiz var. Bizim dayanacaq böyük millətimiz, rəhbərlik və ilham aldığımız böyük bir liderimiz var. Bizim güclü silahlı qüvvələrimiz var. Onlar toxunulmaz olaraq qalıb. Əgər biz zəifləsəydik, "Doğru Vəd" əməliyyatlarını aparmazdıq.
Elə İndi də müqavimət cəbhəsini dəstəkləmək üçün yollar açıqdır. Söhbət ondan getmir ki, bütün yollar ancaq Suriyaya bağlıdır. Lakin, Müqavimət Cəbhəsi orada da yavaş-yavaş yenidən formalaşacaqdır.