Dek 26, 2024 15:36 Asia/Baku
  •  Pezeşkiyan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib

İran prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığında sərnişin təyyarəsinin qəzaya uğramasından kədərləndiyini bildirərək qəzada həyatını itirmiş azərbaycan vətəndaşlarının vəfatı ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

Prezident Pezeşkiyan telefon danışığında İran İslam Respublikasının Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayaraq, İlham Əliyevi Tehrana dəvət edib.

Teqlər