İranlı rəsmi Bakıya səfər edib
Doktor Əhmədiyan Azərbaycan prezidenti ilə görüşəcək
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Azərbaycana səfər edib.
Ali rəhbərin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə Bakıya gəlib.
İRNA-nın məlumatına görə, Əli Əkbər Əhmədiyan əvvəlcədən planlaşdırılmış səfər çərçivəsində azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə Azərbaycanın paytaxtı Bakıya gəlib.
Bakı hava limanına çatan kimi onu azərbaycanlı həmkarı Ramil Usubov hərarətlə qarşılayıb.
İran Ali Milli Təhlükəsizlik Şurası katibinin Bakıda Azərbaycan prezidenti İlham Əliyev və İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılıb.
Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.