Ali Məqamlı Rəhbər:
Amerikalılar İranla bağlı çox vaxt səhv hesablamalara yol verirlər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri vurğulayıblar: "Amerikalılar son onilliklər ərzində İranla bağlı hesablamalarında çoxlu səhvlərə yol veriblər. Mənim bu sözümün müxatibi daha çox ABŞ-ın siyasətlərinə uyanlardır".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü Dey ayının 19-da minlərlə Qum əhalisi ilə görüşdə Pəhləvi rejimi dövründə İranın Amerikanın maraqlarının qalası kimi xidmət etdiyinə diqqət çəkiblər və buyurublar: "İnqilab Bu qalanın ürəyindən əmələ gəldi və və amerikalılar bunu dərk etmədilər. Onlar aldandılar, yuxuya qaldılar və qafil oldular. Amerikalıların səhv hesablaması bu deməkdir".
O Həzrət vurğulayıblar: "O vaxtdan bəri, son bir neçə onillikdə amerikalılar İranla bağlı dəyərləndirmələrində davamlı olaraq, səhvlərə yol verirlər".
Ali Məqamlı Rəhbər bu sözlərinin Amerika siyasətindən hədsiz dərəcədə təsirlənənlərə yönəldiyini vurğulayıblar.
Həzrət Ayətullahül-üzma Xamenei düşmənin yumşaq güc taktikasına toxunaraq, belə buyurublar: “Yumşaq güc yalanları yaymaq və ictimaiyyətin şüurunda reallığı təhrif edən illüziyalar yaratmaqdan ibarətdir. Siz güclü olanda onlar sizin zəiflədiyinizi təbliğ edirlər. Özləri zəiflədikdə güclü olduqlarını iddia edirlər. Təhdidlərə qarşı immunitet qazandığınız zaman sizi təhdidlər vasitəsilə aradan qaldıracaqlarını söyləyirlər. Bu, təbliğatdır və çoxları bundan təsirlənir".
O həzrət daha sonra davam ediblər: "İndi İran mediasının, mədəniyyət qurumlarının və fəallarının yəni Mədəniyyət və İslami İrşad Nazirliyində, dövlət televiziyasında və rəqəmsal məkanda çalışanların əsas vəzifəsi düşmənin güclü olmaq illüziyasını dağıtmaq, onun təbliğatının ictimai rəyə təsirinə mane olmaqdır. Bu, Qum əhalisinin o zaman etdiyi işdir".
Ali Məqamlı Rəhbər, həmçinin bəzi Avropa ölkələri ilə diplomatik əlaqələrin olmasına baxmayaraq, İranın ABŞ-la əlaqə saxlamaqdan niyə imtina etdiyini sual edənlərə də müraciət ediblər və izah ediblər ki, aydın bir fərq var. Amerika bir vaxtlar burada nəzarətə malik idi - bu, onların əlində idi. Həmin nəzarət onlardan alınıb. Onların İrana və İnqilaba qarşı düşmənçiliyi köklü və davamlıdır - bu, onların asanlıqla buraxacaqları bir şey deyil. Onları Avropa ölkələrindən fərqləndirən də budur”.
Qeyd edək ki, Qum əhalisi 1978-ci il dekabrın 9-da “İtlaat” qəzetinin İslam İnqilabının banisi İmam Xomeyniyə (r.ə) hörmətsizlik edən məqaləsinə etiraz olaraq, qiyam etdilər. Bu qiyam İranda inqilabın qığılcımı kimi tanınır.