Yan 16, 2025 19:26 Asia/Baku

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: "Ərdəbildəki özbaşına bəyanatlar İranın rəsmi mövqeyi deyil"

Sədif Bədri azərbaycanlı həmkarı, İran İslam Respublikası və Azərbaycan Respublikası parlamentlərinin dostluq qrupunun rəhbəri Ziyafət Əsgərova ünvanladığı müraciətində, Ərdəbildə keçirilən mərasimdə iştirakçılardan birinin Azərbaycan Respublikasının prezidentinin ünvanına səsləndirdiyi özbaşına bəyanatlara və yersiz ifadələrə toxunaraq qeyd edib ki,bu söz və bəyanatların İran İslam Respublikası hökumətinin rəsmi mövqeləri ilə heç bir əlaqəsi və uyğunluğu yoxdur.

Şübhəsiz ki, İran İslam Respublikasının prinsipial siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan Respublikası ilə dostluq əlaqələrini daha da genişləndirməkdən ibarətdir. Bu əlaqələr, iki xalqın dərin tarixi, dini və kimliyini göstərən bağlara əsaslanır.

Əminəm ki, qarşıdakı dövrdə iki ölkə parlamentlərinin imkan və potensialından istifadə etməklə, eləcə də iki müsəlman xalqı arasındakı tarixi, mədəni və dini əlaqələr, mehriban qonşuluq və qarşılıqlı hörmət fonunda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif ikitərəfli, regional və beynəlxalq səviyyələrdə əlaqələr və əməkdaşlıqlar daha da gücləndiriləcəkdir.Ayətullah Amili Ərdəbil vilayəti və İran İslam Respublikasında inqilabçı, alim, mömin və xalqın sevilən ruhanilərinin ən bariz nümunəsidir.Ona görə də ona qarşı hər hansı hörmətsiz bəyanatlar iki xalqın qardaşlıq ruhuna ziddir və bu İran xalqı tərəfindən heç zaman qəbul ediləsi deyil.

Teqlər