Prezidenti Pezeşkiyan:
Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq
"Rusiya-İran Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq" Bunu İran prezidenti Pezeşkiyan Rusiyanın baş naziri Mixail Mişustilə görüşündə deyib.
İran prezidenti Məsud Pezeşkiyan bu görüşdə İranın Avrasiya İqtisadi Birliyində olması respublika ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcəyini vurğulayıb.
Mişustin bu görüşdə bildirib ki, “Sizin Rusiyaya səfəriniz tarixi əhəmiyyətə malikdir. Siz və prezident Vladimir Vladimiroviç Putin Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqsınız”.
Rusiya Nazirlər Kabinetinin sədri daha sonra qeyd edib ki, bu saziş uzunmüddətli perspektivdə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacaq.Mişustinin sözlərinə görə, Rusiya ilə İran arasında ticarət dövriyyəsi il ərzində 17% artıb.
Rusiya və İran nəqliyyat, enerji və təhsil sahələrində də fəal işləyir və əməkdaşlığı genişləndirir.
"Rusiyada 9 mindən çox iranlı tələbə təhsil alır. Dostluq, qarşılıqlı hörmət, bir-birinin maraqlarını nəzərə alma prinsiplərinə əsaslanan Rusiya-İran münasibətləri gələcəyə hesablanıb"-deyə sözünə davam edən Rusiyanın baş naziri Mişustin daha sonra qeyd edib ki, yeni müqavilə uzunmüddətli perspektivdə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacaq.