Türkcə Press TV Kanalı fəaliyyətə başladı
İran Milli Televiziya və Yayım Təşkilatının rəhbəri beynəlxalq “Səhab” Şəbəkəsinin yaradılmasının 1 illiyi münasibətilə keçirilən mərasimdə çıxış edib.
Milli Televiziya və Yayım Təşkilatının rəhbəri Fələstin və Qəzzənin qürurlu müqavimətinin qələbəsi və qəddar sionist düşmənə müqavimət əzminin qalibiyyəti gününü təbrik edərək Yanvarın 19-u bazar günü Türkiyə üçün Press TV-nin türkcə və Braziliya üçün Hispan TV-nin portuqalca rəsmi açılışını elan edilib.
Cənab Peyman Cebelli qlobal arenada auditoriya dairəsinin genişlənməsinin vacibliyinə diqqət çəkərək bildirib ki, biz öz səsimizi dünyaya daha geniş və aydın şəkildə çatdırmalıyıq.
“İnqilabın Ali Rəhbərinin, Şəhid Nəs*rull@h və müqavimət cəbhəsinin digər liderlərinin əvvəldən verdiyi müqavimətin qələbə müjdəsi bu gün gerçəkləşdi”-deyə Cebelli əlavə edib.
“Sionist rejim bütün sahələrdə uğursuzluğa düçar oldu və bu, heç də iddia deyil, əkisnə müşahidə etdiyimiz bir reallıqdır və Hiz*bull@h və H*Ə*M*A*S-a fəal və yeni qüvvələrin cəlb edilməsini nəzərə alsaq, bu gün Qəzzə xarabalıqları üzərində Fələstin zəfəri bayrağının dalğalanmasının şahidi oluruq”-deyə sözlərinə davam edən təşkilat rəhbəri bir daha müqavmətin qələbəsinə toxunub.
“Bu gün insani dəyərlərin və müqavimətin qələbəsi, qanın qılınca qələbəsi günüdür. Biz bunu böyük sərvət kimi dəyərləndirməliyik. Müqavimət cəbhəsinin genişlənməsi 15 aylıq müqavimətin əsas göstəricisidir ki, onun bərəkətlərindən bundan sonra hələ illərcə bəhrələnəcəyik. Bütün İran xalqına, Müqavimət Cəbhəsinin olduğu ölkələrə və İslam ümmətinə təbriklər olsun!”-deyə sonda Milli Televiziya və Yayım Təşkilatının rəhbəri vurğulayıb.