Yan 21, 2025 12:13 Asia/Baku
  • Qəzzə atəşkəsi sabit həll yoluna çevrilməlidir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında Qəzzə atəşkəsinin sabit və daimi həll yoluna çevrilməsi vacibliyinə təkid edib.

Təhlükəsizlik Şurasının iclasındakı çıxışında atəşkəsi müsbət addım adlandıran Əmir-Səid İrəvani İsrail rejimi qüvvələrinin Qəzzə zolağından tam şəkildə çıxmaları, humanitar yardımların göndərilməsi və bərpa işləri üzrə əhatəli proqramın işlənib hazırlanması zərurətini vurğulayıb.

İrəvani həmçinin sionist rejimin Livanla atəşkəslə bağlı öhdəliyinə və Livanın suverenliyini pozmasına işarə edib. İrəvani Təhlükəsizlik Şurasının razılaşmaların icrasına nəzarət etməsini istəyib.

İranın BMT-dəki daimi nümayəndəsi Qəzzədəki dərin insani böhrana da toxunub və İsrail rejiminin fələstinli ailələrin və infrastrukturların məhvi ilə nəticələnən cinayətlərini pisləyib.

UNRWA-nın missiyasına dəstək və fələstinli mühacirlər üçün stabil maliyyə təmini istəyən İrəvani, qərb sahilindəki zorakılıqlarla mübarizə zərurətinə təkid edib.

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin İsrail rejiminin cinayətləri ilə bağlı istintaqın və məhkəmə təqibinin həyata keçirilməsi vacibliyinə təkid və bu cinayətlər qarşısında cavabdehlik tələb edib.