İnqilab Rəhbəri tərəqqi öncüllərinin milli tədbiri sərgisində olublar
İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, İranı irəliyə aparmağın yeganə yolu, özəl sektorun imkanlarından istifadədir.
İslam İnqilabının Böyük Rəhbəri bu gün iki saat yarım müddətinə "Tərəqqi qabaqcılları, özəl sektorun imkanları və nailiyyətləri üzrə milli tədbir" sərgisində olublar.
Sərgidə İranın özəl sektorunun rabitə və informasiya texnologiyaları, peykqayırma təchizatları, süni intellekt, təyyarələrin təmiri üzrə təchizat və alətlərin düzəldilməsi, geologiya və mədən sənayesi, neft, qaz və neft-kimya sənayesi, polad və alüminium sənayesi, məişət texnikası, dəniz sənayesi, xalça sənayesi, su və elektrik sənayesi, toxuculuq sənayesi, tibb və xəstəxana avadanlıqları və dərman istehsalı, Royan tədqiqat institutu, kənd təsərrüfatı və heyvandarlıq məhsulları, əl işləri sənayesi və turizm sahələrindəki imkan və nailiyyətləri təqdim edilib.
Baxış zamanı özəl sektordan olan müxtəlif şirkətlər bu sektorun qarşısında duran problem və maneələr barədəki çətinlikləri və gileylərini bildiriblər.
Məsələ ilə bağlı, Həzrət Ayətullahuluzma Xamenei sərgidə olan nazirlərə belə təkid ediblər: Dövlət və dövlət rəsmiləri elə etməlidirlər ki, xüsusi sektorun gileyləri aradan qaldırılsın, zira ölkənin tərəqqisi xüsusi sektora meydan verməkdən asılıdır və ölkəni irəliyə aparmağın yeganə yolu, xüsusi sektorun imkanları və qabiliyyətlərindən istifadədir.