Fev 13, 2025 12:57 Asia/Baku
  • İranın dəniz donanmasına on ədəd xilasetmə gəmisi əlavə edilib

İran prezidentinin iştirakı ilə ölkənin limanlar və dənizçilik təşkilatının sifarişi ilə Şəhid Məhəllati adına gəmiqayırma sənayesi zavodunda istehsal olunan on ədəd xilasetmə gəmisi istifadəyə verilib və İranın dəniz donanmasına əlavə edilib.

Buşehr şəhərində yerləşən Şəhid Məhəllati adına gəmiqayırma sənayesi zavodunun icraçı direktoru mərasimdə çıxış edib. Bildirib ki, bu zavodda yetmiş səkkiz və əlli kubmetrlik tutuma malik olan altı ədəd yanğınsöndürmə gəmisi və iki ədəd desant gəmisinin istehsalına başlanılıb.

Əli Darayi qeyd edibdir ki, sözügedən kompleks su tutumu və suyasalma kimi xeyli sayda modern imkanlara malikdir.

Darayi sonra belə deyib: Bu kompleks imkan və tutumuna əsasən, müəssisədən gəmiqayırma və dəniz qurğuları sənayesi səviyyəsinədək yüksələ bilibdir.

Şəhid Məhəllati adına gəmiqayırma sənayesi zavodunun icraçı direktoru bildiribdir ki, bu zavod iri, orta və kiçik miqyaslarda il ərzində iki yüz ədəddən çox gəmiqayırma və gəmi təmirini qəbuletmə imkanna malikdir və bu miqdar hər il nəzərəçarpacaq səviyyədə artmaqdadır.