Fev 14, 2025 16:23 Asia/Baku
  • İran, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Yəmənlə bağlı ittihamlarını əsassız hesab edir

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəliyi ABŞ nümayəndəsi tərəfindən BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı iclasında irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edərək, bu ittihamları "əsassız" adlandırıb və vurğulayıb ki, İranın əsas siyasəti bu ölkədə sülh, sabitlik və siyasi həll yolunun dəstəklənməsinə əsaslanır.

Vaşinqton İrana qarşı ittihamlar irəli sürməklə, sionist rejimin cinayətlərindəki işbirliyini gizlədə bilməz. Bu rejimin cinayətlərinə genişmiqyaslı silah tədarükü və maliyyə dəstəyi verən ABŞ-dan fərqli olaraq, İran İslam Respublikası beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq olub və olacaq da.