Fev 17, 2025 19:32 Asia/Baku
  • Ali Məqamlı Rəhbər: Hegemonçular və müstəmləkəçilər İran xalqından qəzəblidirlər
    Ali Məqamlı Rəhbər: Hegemonçular və müstəmləkəçilər İran xalqından qəzəblidirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurublar: Dünya imperializmi və hegemonçuları İran xalqının müqavimətindən və dözümündən qəzəblidirlər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Təbriz əhalisinin 29 Bəhmən 1356-cı ildə tarixi qiyamının ildönümü münasibətilə bu gün səhər Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Şərqi Azərbaycan vilayətinin minlərlə sakinini qəbul ediblər.

Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə vurğulayıblar: "Düşmənin proqram təminatı təhdidləri ictimai rəyi manipulyasiya etmək deməkdir, ixtilaf yaratmaq deməkdir; İslam İnqilabının qəti prinsipləri haqqında şübhələr yaratmaq düməkdir; Düşmən qarşısında sabitliyə dair hər hansı bir şübhə yaratmaq deməkdir. Onlar bunu edirlər. Allaha lütfü ilə bu günə qədər uğur qazana bilməyiblər. Düşmən vəsvəsələri bu günə kimi xalqımızın qəlbini sarsıda, gənclərimizi əzmindən və hərəkətindən döndərə bilməyib".

O Həzrət əlavə ediblər: "Təbliğat orqanlarının sahibləri, ifadə sahibləri, qələm sahibləri, sənət və elm adamları, rəsmi media, təhsil və incəsənət qurumlarının məsul şəxsləri, kiberməkanla bağlı olan gənclər diqqətlərini düşmənin proqram təminatı təhlükəsi ilə mübarizəyə yönəlməlidirlər. 

Həzrət Ayətullahül-üzma Xamenei davamında buyurublar: "İslam İnqilabı müstəqil bir kimlik və region xalqları və hətta regiondan kənarda yaşayan xalqlar üçün nəhəng və perspektivli baza olaraq, özünü qoruyub saxlaya bilibdi və dünyadakı təkəbbürlü güclərin və müstəmləkəçilərin İslam Respublikasına qəzəblənməsinin səbəbi də İran xalqının onlara qarşı durması və müqavimətidir.