Fev 22, 2025 17:31 Asia/Baku
  • Qərbdə anti-sionist toplantılar Allahın iradəsinin təcəllisidir

Ali Məqamlı Rəhbər buyurublar: Qərbdə anti-sionist toplantılar Allahın iradəsinin təcəllisidir".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri fevralın 19-da İranın Kəşfiyyat Nazirliyinin naziri, müavinləri və müdirləri ilə görüşündəki söhbətləri bu gün Kəşfiyyat Nazirliyinin şəhidlərinin xatirəsini yad etmək və bu Nazirliyin yaradılmasının 40-cı ildönümü münasibətilə keçirilən konfransda nəşr olunub.

Həzrət Ayətullahül-üzma Xamenei gənclərin və yeniyetmələrin İslam quruluşuna qarşı böyük düşmənçiliklərə baxmayaraq, inqilabı müdafiə etmək üşün 22 Bəhmən yürüşündə iştirakını İran İslam Respublikası kontekstində İslamın irəliləməsi üçün Allahın iradəsinin nişanəsi adlandıraraq, buyurublar: Avropa və hətta Amerikada anti-sionist toplantılar və dünya ictimai rəyinin Fələstin xalqına dəstəyinin əhəmiyyətli dərəcədə artması Allahın iradəsinin təcəllisinin başqa bir nümunəsidir.