Əraqçi: Nəsrullah üçün Fələstin bir şüar deyil, bir inanc idi.
Xarici işlər naziri Beyruta səfəri zamanı, Livan Hizbullahının şəhid baş katibinə vida mərasimində qeyd etdi ki, bugün, müqavimətin düşmənləri bəlkə də Seyid Həsən Nəsrullahın yoxluğunda onun yolunun dayandığını düşünürlər. Amma həmişə olduğu kimi, onlar reallığı anlamaqda səhv edirlər.
Seyyid Həsən Nəsrullah, ərəb və islam dünyasının bir çox liderlərinin xarici təzyiqlər qarşısında baş əydiyi bir dövrdə, müqavimət düşüncəsini bölgə səviyyəsində strateji bir tənliyə çevirdi. O, hərəkətin qanuniliyinin silahlar və xarici dəstəklərdə deyil, xalqın dəstəyində və onun sosial köklərində olduğuna inanırdı. Buna əsasən, Hizbullahı partizan bir hərbi qrupdan Livanın və islam dünyasının siyasi, sosial və mədəni səhnəsində təsirli bir gücə çevirdi.Nəsrullah, Hizbullahın imkanlarından istifadə edərək, yalnız hərbi sahədə deyil, eyni zamanda diplomatik və media sahələrində də fələstinlilərə dəstək verdi və sionist rejimi dünya səhnəsindən təcrid etdi.Bugün, müqavimətin düşmənləri bəlkə də Seyid Həsən Nasrullahın yoxluğunda onun yolunun dayandığını düşünürlər. Amma həmişə olduğu kimi, onlar reallığı anlamada səhv edir. Nəsrullah kimi şəxsiyyətlər, yalnız cismlərdə deyil, düşüncələrində yaşayır. Bu yol, mücahidləri qanı ilə suvarılıb və azadlıqsevər millətlərin qətiyyəti ilə davam edəcək. Gələcək, izzəti zillətdən, dirənişi təslimiyyətdən və ümidi ümidsizlikdən üstün tutan millətlərindir.