Əraqçi: Bugünkü dəfn mərasimi dünyaya müqavimətin diri olduğunu göstərir
İran Xarici İşlər Naziri Livana daxil olarkən: Bu gün İran İslam Respublikasının hökuməti və İran xalqı adından iki İslam müqaviməti qəhrəmanının dəfn mərasimində iştirak etmək üçün Beyruta gəlmişəm.
Bunlar, Livanın ən cəsur və pak övladlarından idilər. Onlar müqavimətin inkişafı, işğalçılığa qarşı mübarizə və sionistləri işğal olunmuş ərazilərdən çıxarmaq üçün çox fədakarlıqlar ediblər.Hörmətli İslam Şurası Məclisinin sədri də Livana gələcəkdir. Bu gün bir çox İran rəsmiləri və İran xalqı bu tədbirdə iştirak etmək və Livan xalqının yanında olmaq istəyirdilər ki, bu iki müqavimət qəhrəmanını dəfn etsinlər.Bu gün dünyaya göstəriləcək ki, müqavimət diri və Hizbullah öz idealına sadiqdir. İnşallah müqavimət yolu davam edəcək və bu günə qədər qazandığı bir çox qələbələr kimi, son qələbə də inşallah reallaşacaq. Mən və əməkdaşlarım bu gün azadlıq və müqavimət qəhrəmanlarının dəfnində iştirak etmək üçün bir araya gələn Livan xalqının bu əzəmətli dəryasında bir damlayıq.