Fev 25, 2025 13:34 Asia/Baku
  • Moskvadan Lavrovun Tehrana səfəri barədə

Rusiya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün, çərşənbə axşamı, 25 fevral 2025-ci il tarixdə İran Xarici İşlər Naziri Abbas Əraqçinin dəvəti ilə Tehrana səfər edəcək.

Bəyanatda qeyd olunub ki, tərəflər arasında müzakirələr, enerji və nəqliyyat sahəsində əsas birgə layihələrin həyata keçirilməsi ilə bağlı gələcək ticari və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, tərəflər Suriya, Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzi, Yaxın Şərq münaqişəsinin həlli, Xəzər dənizi məsələsi və İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı mövcud beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.