İran BMT TŞ-nin təhrikedici iclasına etiraz edib
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iranın nüvə fəaliyyətlərini araşdırmaq üçün keçirdiyi qeyri-əyani iclasda deyibdir ki: Qəti şəkildə bu təhrikedici və üzrsüz iclasa etiraz edəcəyik
Əmir-Səid İrəvani bildiribdir ki: Bu iclas xas və məhdud iş gündəmlərinin həyata keçirilməsi istiqamətində Təhlükəsizlik Şurasından sui-istifadə və aşkarcasına siyasi hərəkətdir. Bu kimi hərəkətlər təhlükəli bir keçmiş və gedişat yaradacaq və Təhlükəsizlik Şurasının etibarını zəiflədəcək.
İrəvani əlavə edib: Biz bu iclası İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı cari və konstruktiv anlaşma prosesinə üzrsüz müdaxilə hesab edirik. Bu addımın təkcə bir məqsədi var: İran İslam Respublikasına qarşı maksimum təzyiq kimi qanunsuz və uğursuz siyasətin davam etdirilməsi.
Biz Təhlükəsizlik Şurasının gerçəkliklərə əsaslanan tərəfsiz və prinsipial yanaşmaya sadiq qalan, bu orqandan siyasi istifadə üzrə hər cür səyi rədd edən, agentliyin işinə müdaxiləyə qarşı çıxan və diplomatiyanı işlərin irəlilədilməsi üzrə yeganə istinadediləsi yol kimi rəsmən tanıyan Təhlükəsizlik Şurasının müəyyən üzvlərinə təşəkkür edirik.
İrəvani sonda deyib: İran İslam Respublikası öz hüquqlarını müdafiə etməyi davam etdirəcək. Biz təzyiq və icbarilik qarşısında dayanacaq və bu şuradan, qoruması üçün təsis edildiyi prinsiplərə sadiq qalmasını tələb edəcəyik.