Mart 14, 2025 12:26 Asia/Baku
  • İrana qarşı sanksiyaların ləğvi zərurəti vurğulanıb

İran-Çin-Rusiya üçtərəfli iclası bu gün Çin Xalq Respublikasının xarici işlər naziri müavininin sədrliyi, həmçinin İran İslam Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Pekində keçirilib.

Üç ölkə İranın nüvə məsələsinə həsr olunan iclasın sonunda birgə bəyanat yayıb.

İran əleyhinə bütün birtərəfli qanunsuz sanksiyaların ləğv edilməsi zərurətinə təkid edən tərəflər qarşılıqlı hörmət prinsipinə əsaslanan dialoq, həmçinin siyasi və diplomatik anlaşma istəyiblər.

Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə hörmətə təkid edən bəyanatda deyilir ki, İranın nüvə proqramı yalnız dinc məqsədlər üçündür.

Sonda üç ölkə iclasa ev sahibliyi etdiyinə görə, Pekinə təşəkkür edib.