Mart 16, 2025 10:25 Asia/Baku
  • Qərblə danışıqlarda İslam Respublikasının şərtləri nədir?

İran İslam Respublikası təzyiq və hədə-qorxu ilə danışıqların mümkün olmadığnı vurğulayaraq, Qərblə dialoq şərtlərini əvvəlcədən müəyyənləşdirib.

Amerika prezidenti Donald Tramp maksimum təzyiq siyasətini icraya qoysa da, İran öz mənafeyini nəzərə alaraq danışıqlarda ləyaqət və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalır və bu prinsiplər olmadan istənilən danışıqları qəbuledilməz hesab edir.

Əslində İran-ABŞ münasibətlərində gərginlik artdıqca, İran danışıqlar üçün şərtlərindən qətiyyən imtina etmir və etməyəcək. Başqa sözlə Trampın yenidən Ağ Evə daxil olması və maksimum təzyiq siyasətinə qayıtması İslam Respublikasının mövqeyinə zərrəcə təsir etməmişdir. Rəsmi Tehran açıq şəkildə bildirir ki, ölkənin suverenliyini şübhə altına alan danışıqlara getməyəcək. Bu mövqe hətta ABŞ prezidentinin İranla razılıq əldə olunmayacağı təqdirdə hərbi variantdan istifadə ilə bağlı hədələyici bəyanatlarından sonra da təkrarlanıb.

İran İslam Respublikası vurğulayır ki, istənilən danışıqlar qarşılıqlı hörmət əsasında aparılmalıdır.

İran həmçinin heç bir təhlükəni cavabsız qoymayacağını açıq şəkildə bəyan edib və bildirir ki, yalnız icra zəmanəti ilə konstruktiv razılaşmaya gətirib çıxaran danışıqlara razı olacaq, əks halda danışıqlar vaxt itkisindən başqa bir şey deyil. Əlbəttə ki, İran gərginliyi azaltmağa və mübahisələri dialoq yolu ilə həll etməyə üstünlük verir.

Burada bir məqama da toxunmaq lazımdır ki, İranın beynəlxalq təzyiqlər, xüsusən də ABŞ siyasətləri qarşısında tutduğu mövqe ölkənin xarici siyasətində uzunmüddətli strategiyanı əks etdirir. İran öz suverenliyini və milli mənafeyini qorumağa tərəddüd etmir. Bu yanaşma Qərblə gələcək danışıqlarda beynəlxalq münasibətlərə ciddi təsir göstərə bilər.