Mart 16, 2025 13:16 Asia/Baku
  • İnqilab Rəhbəri: Sadiq və inqilabçı gənc şairlərin sayının artması ümid mənbəyidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri şairlərlə görüşündə buyurublar: "Artan şeir dalğası xüsusilə gənclər arasında çox ümidvericidir və şeirin inkişafı məmnunluğa səbəb olur".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət İmam Həsən Müctəbanın (ə) mövludunun ildönümü ərəfəsində şənbə günü bir qrup gənc və veteran şairi qəbul ediblər. 

Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə sədaqətli və inqilabçı şeirin böyüməsindən məmnunluğunu ifadə edərək, bu məclisdə oxunan şeirləri ümumilikdə yaxşı və keyfiyyətli adlandırıblar və qeyd ediblər ki, xüsusilə gənclər arasında artan poeziya dalğası çox ümidvericidir". 

O Həzrət şeiri heç bir medianın onun mövqeyini aşağı sala bilmədiyi unikal bir media və sənət növü hesab ediblər və buyurublar: "Şeir inkişaf etdikcə və yaxşı şairlər çoxaldıqca, bir o qədər sevindiricidir və təbii ki, şeirlərin kəmiyyəti ilə yanaşı keyfiyyətinin də yüksəlməsi gözlənilir”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri hesab ediblər ki, şeirin və şairlərin keyfiyyətcə inkişafı onların öz poetik tərəqqiləri ilə kifayətlənməməsini tələb edir.

O Həzrət əlavə ediblər: "Bizim dövrümüz Sədi, Hafiz və Nizami kimi şairlərin yetişdirilməsi dövrü ola bilər, çünki böyük şairlərə hörmət və diqqət göstərilməyən tağut dövründən fərqli olaraq, indiki dövrdə şairlərə hörmət və ictimai diqqət yüksək səviyyədədir və onların mediada, radio və televiziyada iştirakı və onlara göstərilən diqqət böyük şairlərin yetişdirilməsi üçün əlverişli şərait yaratmışdır". 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri indiki fars poeziyasını indiki dilini inqilab zamanı yaranmış misilsiz bir dil kimi səciyyələndirərək, buyurublar: “Bu bədii imtiyaz dövrümüzdə şairlərin və böyük şeir zirvələrinin ərsəyə gəlməsi üçün daha bir platformadır”.

Həzrət Ayətullahül-üzma Xamenei şairin batininin onun poeziyasına təsirini vurğulayaraq, şairlərə, xüsusən də gənclərə təqvaya və elmin əsaslarına daha çox riayət etmələrini və dini təlimləri qoruyub saxlamağı tövsiyə ediblər və əlavə ediblər: “Quranın şairlərə Allahı tez-tez zikr etməyi tövsiyə etməsinin səbəbi odur ki, şairin batini nə qədər saf və aydın olarsa, onun şeiri də bir o qədər saf və aydın olar”.