Mart 16, 2025 13:45 Asia/Baku
  • Səlami: İstənilən təhdidə möhkəm və dağıdıcı cavab veriləcək

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı xəbərdarlıq edib ki, İrana qarşı istənilən təhdid qətiyyətli və dağıdıcı cavabla üzləşəcək.

General-mayor Hüseyn Səlami Şəhid Bakirinin Təbrizdə keçirilən anım mərasimində çıxışı zamanı deyib: "İranın müstəqilliyinin mühüm bir hissəsi və bu böyük diyarda müqavimət ruhu onun mücahidətləri, müqaviməti və öncül səylərinə borcludur. 

Səlami qeyd edib: "Əgər şəhidlər döyüşməsəydilər İranın taleyi düşmənlərin nəzarəti altında olacaqdı. Düşmənlər İslam dəyərlərinə əməl etmirlər və siz onların Livanda, Qəzzədə, İraqda və Suriyada davranışlarını görmüsünüz. Biz yaxın tarixdən danışırıq. 

SEPAH-ın baş komandanı daha sonra deyib: "Bu gün düşmən müzakirədən dəm vurur. Onlar hələ də İran xalqını tanıya bilməyiblər. İran xalqı öz düşmənini dərindən tanıyır və heç vaxt onların sözlərinə əhəmiyyət vermir".

"Biz gördük ki, müqavilə bağlayan şəxs müqaviləni çırdı və təhdidlərə üz tutdu. Mömin bir dəfə dişlənər, əgər acı təcrübələrdən dərs almasaq, onlar yenə təkrarlanacaq", - deyə general Səlami əlavə edib.