Hər hansı təcavüzkar addım ağır nəticələr verəcək
https://azeri.sahartv.ir/news/İran-i419315-hər_hansı_təcavüzkar_addım_ağır_nəticələr_verəcək
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani ABŞ başçılarının təhrikedici ifadələrini rədd edib. Xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar tərəfindən atılacaq hər hansı təcavüzkar addım ağır nəticələr verəcək.
(last modified 2025-03-18T03:45:58+00:00 )
Mart 18, 2025 07:44 Asia/Baku
  • Hər hansı təcavüzkar addım ağır nəticələr verəcək

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani ABŞ başçılarının təhrikedici ifadələrini rədd edib. Xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar tərəfindən atılacaq hər hansı təcavüzkar addım ağır nəticələr verəcək.

İrəvani BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə unvanladığı məktubda Amerika başçılarının düşməncəsinə sözləri ilə bağlı dərin nigarançılıq ifadə edib. Vurğulayıb ki, bu sözlər BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsipilərini pozur.

ABŞ prezidenti də daxil olmaqla bu ölkə başçılarının təhrikedici sözlərini açıq şəkildə rədd edib, pisləyən İrəvani vurğulayıbdır ki, İran beynəlxalq sülh və təhlükəsizlik qarşısındakı öhdəliklərinə sadiq qalmaqla yanaşı, öz suverenliyi və milli mənafeyini müdafiə edəcək.

Amerika tərəfindən atılacaq hər hansı təcavüzkar addım ağır nəticələr verəcək və onun məsuliyyəti  Birləşmiş Ştatların üzərinə düşür.