Mart 18, 2025 14:40 Asia/Baku
  • İran düşmən ölkələrin Yəmənə təcavüzünü qınadı

İran İslam Respublikasının xarici işlər naziri İslam ölkələrinin Tehranda yaşayan səfirləri və nümayəndəlik rəhbərlərinin ziyafətində ABŞ, İngiltərə və İsrail rejiminin müsəlman torpaqlarına qarşı təcavüzlərini sərt şəkildə qınayıb.

Seyid Abbas Əraqçi deyib: "Müsəlmanlar sionist rejimin hərbi cinayətləri və soyqırımı və amansız təcavüzünün qurbanı olan Qəzzə, Livan, Suriya və Yəməndə Fələstin xalqının iztirablarından kədərləndikləri bir vaxtda mübarək Ramazan ayına daxil oldular".Xarici işlər naziri həmçinin ABŞ və İngiltərənin Yəmənə hərbi təcavüzü, günahsız qadın və uşaqların öldürülməsi və sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin davam etməsini pisləyib və ümidvar olduğunu bildirib: "Mübarək Ramazan ayının mənəvi ab-havasından yararlanaraq müsəlman xalqların qanuni hüquqları tam reallaşana qədər, xüsusilə öz müqəddəratını təyinetmə hüququ reallaşana və paytaxtı Qüds şəhəri olan Fələstin dövləti qurulana qədər müsəlman ölkələri və xalqları arasında vəhdət və həmrəyliyin möhkəmlənməsinin şahidi olaq və bu cinayətlərə qarşı duraq".