İraqçi: ABŞ rəsmilərinin İrana qarşı ittihamları əsassız və etibarsızdır
İranın xarici işlər naziri Seyid Abbas İraqçi ABŞ-ın İranın neft sənayesinə qarşı qeyri-qanuni sanksiyalarına cavab olaraq, ABŞ rəsmilərinin İrana qarşı irəli sürdüyü iddialar və ittihamları əsassız və etibarsız hesab edib.
İranın xarici işlər naziri Seyid Abbas İraqçi ilə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında baş tutan telefon danışığı zamanı bölgədəki son hadisələr, xüsusilə də sionist rejimin Qəzzə və Livana vəhşicəsinə hücumları, həmçinin ABŞ-ın Yəmənə hərbi təcavüzü müzakirə edilib.
İraqçi sionist rejimin Qəzzədə davam edən soyqırım cinayətlərini və günahsız qadın və uşaqların öldürülməsini kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
İranın xarici işlər naziri ABŞ-ın İranın neft sənayesinə tətbiq etdiyi qeyri-qanuni sanksiyalara toxunaraq, deyib: "ABŞ rəsmilərinin İrana təzyiq etmək üçün irəli sürdüyü iddia və ittihamlar əsassız və etibarsızdır. Qonşu və dost ölkələrin ABŞ-ın fitnə yaratmaq və təfriqəçiliyindən ehtiyatlı olmaları gözlənilir ki, ABŞ-ın sionist rejimin şər məqsədləri istiqamətində region ölkələri arasında dostluq münasibətlərini pozmaqdan başqa bir niyyəti yoxdur".
İraqın xarici işlər naziri Fuad Hüseyn də öz növbəsində regionda baş verən hadisələrdən və Qəzzə, Livan və Suriyaya qarşı davam edən təcavüzün yaratdığı ciddi təhlükələrdən dərin narahatlığını ifadə edərək, məzlum Fələstin xalqının əzablarını yüngülləşdirmək və bütün bölgədə sülh və sabitliyin təhlükə altına düşməsinin qarşısını almaq üçün region ölkələri arasında konsensusun və əməkdaşlığın vacibliyini vurğulayıb.