Mart 26, 2025 12:55 Asia/Baku
  • SEPAH daha bir yeraltı raket şəhərciyini nümayiş etdirib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH çoxsaylı dəqiq idarə olunan raketlərin saxlandığı daha bir yeraltı "raket şəhərciyini" nümayiş etdirib.

SEPAH-ın Aerokosmik Bölməsi "Xeybər Şikən", "Hacı Qasim", "Emad", "Siccil", "Qədr-H" kimi ballistik raketləri  və "Pavə" qanadlı raketini nümayiş etdirərək, öz hərbi gücünü bütün dünyaya göstərib və elan edib ki, qabaqcıl silahları istehsal və saxlama gücünə malikdir. Bu raketlərin texniki xüsusiyyətləri və əməliyyat imkanları ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

İran yüzlərlə raket şəhərciyinə malikdir ki, raketlərin saxlanması və hazırlanması üçün strateji baza rolunu oynayır. 

Bu təqdimat İrana düşmənlərinə ölkənin özünü müdafiə etmək iqtidarında olduğuna dair xəbərdarlıq kimi qiymətləndirilir.