Mart 27, 2025 16:20 Asia/Baku
  • İranın Qafqaz üçün istəkləri

İran xarici işlər naziri Qafqaz regionunda ölkələrin suverenliyinə hörmətin və əcnəbilərin müdaxilə etməməsinin vacibliyini vurğulayıb.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Ermənistandan qayıtdıqdan sonra X platformasında etdiyi paylaşımda vurğulayıb: "Bizim Qafqaz üçün perspektivimiz ölkələrin ərazi bütövlüyü və müstəqilliyinə hörmət, iqtisadi əməkdaşlıq və regiondan kənar aktorların müdaxilə etməməsinə əsaslanır.".

Əraqçi Ermənistana son səfəri və bu ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşləri barədə yazıb: "Mənim ortaq maraq və ya narahatlıq doğuran ikitərəfli və regional məsələləri müzakirə etmək üçün İrəvana çox uğurlu səfərim oldu". 

O, qeyd edib ki, İran və Ermənistan arasındakı möhkəm dostluq əsrlər boyu ortaq tarix, mədəni harmoniya və qarşılıqlı hörmət və maraqlara əsaslanan bir-birinə etimadın məhsuludur".

Əraqçi sonda yazıb: "Qonşularımız bizim prioritetimizdir".