Apr 08, 2025 13:20 Asia/Baku
  • İranlı nazir Bakıda

İran İslam Respublikasının yol və şəhərsalma naziri və İranın Azərbaycan Respublikası ilə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın rəhbəri Fərzane Sadiq Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb və danışıqlar aparıb.

Üçgünlük səfər məqsədilə bir nümayəndə heyəti ilə Azərbaycan Respublikasına daxil olan İranın yol və şəhərsalma naziri bu gün Bakıda İlham Əliyevlə görüşüb.

Fərzanə Sadiqin Azərbaycan Respublikası prezidentilə görüşünə işarə edən AzərTac yazıb ki, o, iki ölkə arasında iqtisadi, ticari və humanitar əməkdaşlıqlar üzrə dövlət komissiyasının iclasında da iştirak edəcək.

İclas, aprelin səkkizindən onunadək Bakıda keçiriləcək. İclasda problemlərlə mübarizə yolları, həmçinin ticarət, energetika, qaz, neft, tranzit və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıqların durumu və perspektivi ətrafında söhbət ediləcək.

Azərbaycanla İran arasında hökumətlərarası iqtisadi əməkdaşlıqlar komissiyasının həmsədri də olan Sadiq, ev sahibi olan ölkənin rəsmilərindən bir qrupu ilə də görüşməlidir.