İrəvani: Agentliyin müstəqil yanaşması mübahisələrin həllinə səbəb olacaq
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında həmişə uzunmüddətli əməkdaşlıq olub və əgər agentliyə xarici siyasi təzyiqlər aradan qaldırılarsa və bu qurum tərəfindən müstəqil yanaşma qəbul edilərsə, bu əməkdaşlıq iki tərəf arasında qalan bir neçə fikir ayrılığının həllinə gətirib çıxara bilər”.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Nyu-Yorkda yerli vaxtla çərşənbə axşamı Beynəlxalq Silahsızlanma Komissiyasının iclasında deyib: "Bir daha qeyd etmək istərdim ki, İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə hələ də sadiqdir və şəffaflığın təmin edilməsi və MAQATE-nin nəzarət müqaviləsinin həyata keçirilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə konstruktiv əməkdaşlığı davam etdirir. Bu kontekstdə İran MAQATE tərəfindən geniş yoxlamalara icazə verib. Belə ki, MAQATE-nin bütün təftişlərinin 22 faizi İranda həyata keçirilib. Tarixdə heç bir ölkədə bu səviyyədə yoxlama aparılmayıb".
İrəvani davam edib: "Altmış illik aldatma və gizli kütləvi qırğın silahları arsenalı ilə Yaxın Şərqdə bu cür silahların yeganə sahibi olan İsrail rejimi ABŞ-ın dəstəyi ilə davamlı olaraq, İranın 1974-cü ildən bəri Yaxın Şərqdə nüvə silahından azad zona yaratmaq təklifi də daxil olmaqla, bütün təşəbbüslərə qarşı çıxır".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət nüvə silahlarının tamamilə aradan qaldırılmasına həqiqi sadiqliyini nümayiş etdirmək istəyirsə, o zaman bu açıq-aşkar və sistemli istisnanı aradan qaldırmalı və İsraili – başqalarını açıq şəkildə nüvə ilə məhv etməklə hədələyən, eyni zamanda onları yalandan nüvə silahının yayılmasında ittiham edən bu üsyankar rejimi – nüvə arsenalından imtina etməyə, onu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa və bütün nüvə obyektlərini və fəaliyyətlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli monitorinqi altında saxlamağa məcbur etməlidir.
ReplyForward
Add reaction