Tehranda Qəzzada davam edən soyqırımı pisləyən etiraz aksiyası
Tehran sakinləri paytaxtın mərkəzindəki Fələstin meydanında etiraz aksiyası keçirərək, sionist işğalçıların Qəzzədə davam edən cinayətləri və soyqırımını pisləyiblər.
Sionist rejim tərəfindən Qəzzədə atəşkəs razılaşmasının dəfələrlə pozulması və bu rejimin görünməmiş cinayətləri və soyqırımının davam etməsi fonunda Tehran sakinləri Fələstin meydanında toplaşıblar.
Mərasim zamanı vətəndaşlar müqavimət şəhilərinin şəkillərini qaldırıb, Amerikaya ölüm” və “İsrailə ölüm” kimi şüarlar səsləndirərək sionistlərin və onların havadarlarının cinayətlərinə qarşı qəzəblərini ifadə ediblər.
Nümayişçilər sonda bir bəyanat yayaraq, beynəlxalq qurumları Haaqa Məhkəməsinin Netanyahu və Yoav Qalant haqqında çıxardığı hökmə əməl etməyə və icraçı qurumları dünyanın daha da müharibə və qəzəb alovuna batmaması üçün hökmün ən qısa zamanda həyata keçirilməsi üçün təsirli tədbirlər görməyə çağırıblar.
Onlar bildiriblər ki, Netanyahunun azad olması bütün dünya üçün müharibə və gərginlik deməkdir.