İranın yol və şəhərsalma naziri Bakı limanında olub
İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycan Respublikası baş nazirinin müavini ilə birlikdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İqtisadi Komissiyanın rəhbərləri kimi Bakı Limanına səfər edib.
Yollar və şəhərsalma nazirinin Azərbaycana üç günlük səfəri çərçivəsində nəqliyyat və gömrük, su-energetika, neft-qaz, güzəştli ticarət və s. sahələrdə birgə layihələrin son vəziyyəti nəzərdən keçirilib, mümkün maneələrin aradan qaldırılması üçün zəruri danışıqlar aparılıb.İran İslam Respublikasının yollar və şəhərsalma naziri və onu müşayiət edən nümayəndə heyətinin birgə sərhəd layihələrinə sahə səfəri, İran İslam Respublikası və Azərbaycan Respublikası Birgə İqtisadi Komissiyasının sənədinin fars və azəri variantlarının açıqlanması və imzalanması da bu səfərin digər proqramlarından olub.