Apr 12, 2025 21:00 Asia/Baku

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın müzakirə heyəti ilə Omanda keçirilən dolayı danışıqlarla bağlı açıqlama verib.

Əraqçi deyib: "Oman xarici işlər nazirinin səyləri ilə təxminən iki saat yarım davam edən dolayı danışıqlar apardıq. İlk raund olaraq, danışıqlar konstruktiv idi, sakit və hörmətli atmosferdə keçirildi və İkinci tur gələn şənbə günü keçiriləcək".

Əraqçi danışıqlarda heç bir uyğun olmayan dildən istifadə edilmədiyini qeyd edərək, əlavə edib: "Tərəflər hər iki tərəf üçün arzu olunan və bərabərliyə əsaslanan razılaşma əldə olunana qədər bu danışıqları irəlilətməyə sadiq olduqlarını nümayiş etdirdilər".

"Nə biz, nə də qarşı tərəf nəticəsiz danışıqlar, danışıqlar naminə danışıqlar və yorucu danışıqlar istəmirik", - deyə İran xarici işlər naziri qeyd edib.