İranın XİN başçısı Moskvaya gedir
Əraqçi: İnqilab Rəhbərinin məktubunu Putinə çatdıracağam
İran İslam Respublikasının xarici işlər naziri bəyan edib ki, Rusiyaya səfərinin məqsədi Aliməqamlı Rəhbərin məktubunu president Putinə çatdırmaqdır.
Hökumətin bugünkü iclasından sonra İranın diplomatik aparatının rəhbəri Seyid Abbas Əraqçi jurnalistlərin suallarını cavablandırırarkən bildirib ki, Ali Rəhbərin məktubunu Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı ona təqdim edəcəkdir.
Əraqçi, İran və ABŞ arasında dolayısı ilə aparılan danışıqlar haqqında da deyib: “Son günlər Amerika rəsmilərindən ziddiyyətli və fərqli mövqelər eşitdik və bu, şübhəsiz ki, danışıqların düzgün prosesinə kömək etməyəcək”.
Onun sözlərinə görə, amerikalılar konstruktiv mövqe sərgiləslər, mümkün razılaşma çərçivəsində danışıqlara başlamaq olar, lakin onların ziddiyyətli mövqeləri davam edərsə, bu, çətin olacaqdır.
Danışıqlar zamanı İrana qarşı təzyiqlərin davam etməsi ilə bağlı sualı da XİN rəhbəri cavablandırıb: “Bizim mövqeyimiz də, hərəkətlərimiz də bəllidir. Onlar təzyiq göstərməklə heç nəyə nail olmayacaqlar. Danışıqlar bərabərhüquqlu və hörmət əsasında aparılarsa, davam edəcək, yox əgər təzyiq siyasətində qalacaqlar və mövqelərini zorla qəbul etdirməyə çalışacaqlarsa, heç nə əldə olunmayacaq və biz bunu həm praktikada, həm də öz mövqelərimizdə sübut etmişik. Danışıqlarda heç bir təzyiq və cərəyanın təsirinə düşmədən sakit və dinc şəkildə iştirak edirik”, - deyə Seyid Abbas Əraqçi vurğulayıb.