Apr 17, 2025 14:35 Asia/Baku
  • Əraqçi Moskvaya gedib

İran xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar və məsləhətləşmələr aparmaq və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin məktubunu bu ölkə prezidentinə çatdırmaq üçün Moskvaya gedib.

Əraqçini Moskvanın "Vnukovo" beynəlxalq hava limanında Rusiya Xarici İşlər Nazirliyinin Asiya Departamentinin baş direktoru və İranın Rusiyadakı səfiri qarşılayıblar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Əraqçinin Rusiyaya əvvəlcədən planlaşdırılmış səfəri bu ölkənin xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutur və strateji tərəfdaş olan iki ölkə arasında davamlı məsləhətləşmələrin bir hissəsidir.

Bəqai əlavə edib: "Əraqçi bu səfər zamanı yüksək səviyyəli Rusiya rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələr, eləcə də İran və ABŞ arasında son dolayı danışıqlar barədə müzakirə və fikir mübadiləsi aparacaq.

Bəqai bu səfəri iki ölkə arasında razılaşmaların, xüsusilə də İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin icrasını izləmək üçün dəyərli fürsət hesab edib.