Ali Məqamlı Rəhbər: İran və Ərəbistan arasında əlaqələr hər iki ölkəyə fayda verəcək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin hər iki ölkəyə fayda verəcəyini və iki ölkənin bir-birini tamamlaya biləcəyini vurğulayıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Ali Səudu qəbul ediblər.
Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə iki ölkə əlaqələrinin düşmənlərinin olduğunu bəyan edərək, buyurub: "Bu düşmənçilik niyyətlərinə qalib gəlmək lazımdır və İran bu sahələrdə əməkdaşlıq etməyə hazırdır".
O Həzrət, İranın bəzi irəliləyişlərinə toxunaraq, İranın bu sahələrdə Səudiyyə Ərəbistanına kömək etməyə hazır olduğunu bildiriblər.
Ali Məqamlı Rəhbər qardaşların bir-birlərinə kömək etmələrinin kənarlara güvənməkdən daha yaxşı olduğunu qeyd ediblər.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin də iştirak etdiyi görüşdə Səudiyyə Ərəbistanının müdafiə naziri Ali Məqamlı Rəhbərlə görüşdən məmnun olduğunu bəyan edərək, deyib: "İranla bütün sahələrdə əlaqələr və əməkdaşlığı genişləndirmək gündəmi ilə Tehrana səfər edib.
O, həmçinin konstruktiv müzakirələrin Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağına ümid etdiyini bildirib.
Səudiyyə Ərəbistanının müdafiə naziri Səudiyyə Ərəbistanı kralının mesajını da İslam İnqilabının Ali Məqamlı Rəhbərinə çatdırıb.