Apr 18, 2025 18:16 Asia/Baku
  • İran-Hindistan kənd təsərrüfatı əməkdaşlığı genişlənir

İranın kənd təsərrüfatı cihadı naziri Braziliyada keçirilən BRİKS iclasının kənarında Hindistanın kənd təsərrüfatı naziri ilə görüşüb. İranlı nazir iki ölkənin birgə kənd təsərrüfatı komitəsinin fəallaşdırılması zərurətini vurğulayıb.

İranın kənd təsərrüfatı cihadı naziri Qulamrza Nuri bu görüşdə İran-Hindistan birgə kənd təsərrüfatı komitəsinin fəallaşdırılması zərurətini vurğulayıb, qarşılıqlı həmkarlqların qida, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində genişləndirilməsini istəyib.

İran və Hindistanın uzun keçmişə malik olan ticarət əlaqələrinə toxunan iranlı nazir ticarət protokollarının yenilənməsi, həmçinin biotexnoloji, neft-kimya və araşdırma sahələrindəki əməkdaşlıqların inkişaf etdirilməsinə təkid edib.

İki ölkənin uzun tarixə malik olan mədəni, ictimai və ticari əlaqələrinə işarə edən Hindistanın kənd təsərrüfatı naziri də Yeni Dehlinin BRİKS qrupu formasında iki və çoxtərəfli həmkarlıqların genişləndirməsinə hazır olduğunu elan edib.

Hindistan baş nazirinin İran prezidentilə ötən ilin oktyabrında baş tutan görüşündə əldə olunan razılaşmalara təkid edən Şri Şirvaci Sinqh Kuçan Hindistanın bütün sahələrdə İranla kənd təsərrüfatı əməkdaşlıqlarını inkişaf etdirməyə əzmkar olduğunu vurğulayıb.

İran 2024-cü ilin yanvarından etibarən, BRİKS-in rəsmi üzvü kimi bu qrupun Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikaya şamil olan bani ölkələrinin kənarında öz rəsmi fəaliyyətinə başlayıb.

Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də ötən il bu qrupa qatılıblar.Qida və qidalanma təhlükəsizliyi, stabillik; yenilikçilik və kənd təsərrüfatı üzrə maliyyə təminatı, həmçinin beynəlxalq kənd təsərrüfatı ticarəti, BRİKS-in Braziliyada keçirilən kənd təsərrüfatı nazirləri səviyyəli on beşinci iclasının üç əsas istiqaməti və iş gündəmidir.