Apr 20, 2025 13:56 Asia/Baku
  • Eslami: Radioaktiv dərman vasitələrinin sayı 70-i keçir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri ölkədə radioaktiv dərman preparatlarının sayının 70-i keçdiyini bildirib.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri  Məhəmməd Eslami İRİB-yə müsahibəsində nüvə texnologiyasının geniş və əhatəli bir məsələ olduğunu bəyan edərək, deyib: "Bu, insanların həyat keyfiyyətinə, xüsusən də qabaqcıl elm və texnologiya sahəsinə böyük təsir göstərən bir məsələdir".

Məhəmməd Eslami əsas istiqamətlərdən birinin radioaktiv dərmanların istehsalı və inkişafı olduğunu bildirərək, qeyd edib ki, üç yeni radioafarmasevtik preparatın istehsalı ilə ölkədə radiofarmasevtiklərin sayı 70-i keçib, daha 20-yə yaxın radiofarmasevtik maddə isə araşdırılır və sınaq mərhələsindədir. Bu dərmanların yan təsirləri olmadan müalicədə yüksək effektivliyə malik olması diqqət mərkəzində olub və yüksək dəqiqlikli diaqnostika üçün nəzərdə tutulub".

Eslami əlavə edib: "Bu radioaktiv dərmanlardan bəziləri dünya miqyasında birincilər sıralardadır və İran bu məhsulları dünyanın bir neçə inkişaf etmiş ölkəsi ilə bərabər istehsal edir".

Eslami davamında deyib: "Bu sahədə digər mühüm istiqamət insanların həyatına birbaşa təsir edən ağır su törəmələrinin istehsalıdır. İran bu günə qədər Laboratoriya səviyyəsində 300 növ ağır su törəmələri istehsal edib. Bu birləşmələr, əczaçılıq və səhiyyə sənayesində, eləcə də digər sənaye sektorlarında əsaslı və transformativ dəyişiklikdir. Bu məsələnin əhəmiyyəti ondan ibarətdir ki, Bu birləşmələrin istehsalı bir zamanlar yalnız bir neçə ölkənin inhisarında idi. İndi İran beynəlxalq standartlara cavab verən məhsullar hazırlamağa müvəffəq olub".

İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, gözə çarpan yeniliklərdən biri 56-ya qədər metabolik pozğunluğu aşkar etmək üçün 3-7 günlük körpələrin bir damcı qanından istifadə edən neonatal skrininq üçün test dəstinin istehsalıdır. Bu, cəmiyyətə, indiki və gələcək nəsillərə böyük xidmətdir.