Apr 20, 2025 18:07 Asia/Baku
  • Əraqçi:Xoş niyyət və realizm davam edərsə, danışıqlarda nəticə əldə etmək olar

İranın xarici işlər naziri italiyalı həmkarı ilə telefon danışığında bu ölkə ilə Oman arasında İran-ABŞ danışıqlarının keçirilməsində koordinasiyanı yüksək qiymətləndirib və deyib ki, xoş niyyət və real baxış davam edərsə, danışıqlarda nəticə əldə etmək ehtimalı var.

İran və ABŞ arasında dolayı danışıqların ikinci raundunda iştirak etmək üçün Romaya səfər etmiş İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Tehrana qayıtmazdan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə telefon danışığında ona şənbə günkü danışıqların nəticələri barədə məlumat verib.

İtaliyanın xarici işlər naziri də İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib və nazir Əraqçiyə şənbə günkü danışıqların nəticələri barədə məlumat verdiyinə görə təşəkkür edib və İtaliyanın bu prosesin davam etdirilməsində istənilən şəkildə kömək etməyə hazır olduğunu.