Apr 23, 2025 10:38 Asia/Baku
  • İran daxili işlər naziri Tacikistan prezidentilə görüşüb

İran daxili işlər naziri Tacikistan prezidentilə görüşüb, onunla ikitərəfli münasibətlərin müxtəlif cəhətləri ətrafında fikir mübadiləsi aparıb.

Bir nümayəndə heyətilə Tacikistana səfər edən İsgəndər Mömini, bu ölkənin prezidenti İmaməli Rəhmanla görüşdən sonra həmin hərtərəfli görüşü çox yaxşı dəyərləndirib. Bildirib ki: İran prezidenti doktor Pezeşkiyanın salamı və mesajı İmaməli Rəhmana bəyan edildi. O da qarşılıqlı olaraq: Mənim salamımı qardaşım doktor Pezeşkiyana çatdırın- dedi.İran daxili işlər naziri əlavə edib: Tacikistan prezidenti bu görüşdə vurğuladı ki əlaqələrin siyasi, təhlükəsizlik mədəni, ictimai və turizm sahələrində genişləndirilib dərinləşdirilməsində heç bir məhdudiyyətimiz yoxdur.İki ölkənin mədəni tarixi, dini və dil ortaqlıqlarına əsasən qarşılıqlı münasibətlərin dərinləşəcəyinə ümid edirik- deyən Mömini belə qeyd edib: Bu görüşdə qaldırılan məsələlərdən biri, iki ölkə arasında vizanın ləğvi oldu və ilk addımda hava səfərləri üçün viza ləğv edildi. Qərara alındı ki sonrakı mərhələdə quru səfərlərində vizanın ləğvi ilə, İran və Tacikistan vətəndaşları üçün asan səfərlərə zəmin yaranmış olsun.Tacikistan prezidenti həmçinin İran prezidentinə ötürmək üçün mənə xüsusi mesaj verdi- deyə, İran daxili işlər naziri qeyd edib.