Apr 28, 2025 12:54 Asia/Baku
  • Pezeşkiyanın Bakı turundan gözləntilər var - TƏHLİL

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Azərbaycan Respublikasına səfəri ərəfəsində İranın Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı siyasətini açıqlayıb.

İran prezidentinin Azərbaycan Respublikasına səfəri onu göstərir ki, uzun sərhədləri olan, dərin dostluq və tarixi qohumluq bağları olan iki qonşu ölkə münasibətlərini inkişaf etdirmək üçün səylərini davam etdirir və dostluq münasibətlərini müsbət və konstruktiv istiqamətə yönəltmək niyyətindədirlər.

Məsud Pezeşkiyan Bakıya səfər etməzdən əvvəl Azərbaycan Respublikasının dövlət televiziyasına müsahibəsində İranın Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Bu səfər elə bir şəraitdə baş verir ki, İranın müxtəlif iqtisadi sektorlarından 120 nəfərlik işgüzar nümayəndə heyəti də Bakıya səfər ediblər.Pezeşkiyan AZTV-yə müsahibəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə toxunaraq, ticarət, elm, səhiyyə və dəmir yolu nəqliyyatı sahələrində əlaqələrin genişləndirilməsini vurğulamışdır.Qafqaz mübahisələrinin həllinə gəlincə o bəyan edib ki, İran Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhəd məsələlərini dialoq yolu ilə və hər iki tərəfin hüquqlarını nəzərə almaqla həll etməyə çağırır.

İran hökumətinin başçısı tranzit dəhlizlərinin yaradılmasına məsələsinə də münasibət bildirib. "Tehran və Bakı Azərbaycandan Naxçıvana dəmir yolu və avtomobil yollarını asanlaşdırmaq barədə razılığa gəliblər. İran Qafqazda sərhəd sabitliyinin qorunmasını vurğulayır və bunu təhlükəsizlik və iqtisadi artım üçün zəruri şərt hesab edir.İran və Azərbaycan Respublikası arasında əlaqələrin genişlənməsi Mərkəzi Asiya və Qafqazın digər ölkələri ilə əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək", deyə M.Pezeşkiyan vurğulayıb.

Aydın məsələdir ki, İran və Azərbaycan Respublikası arasında müxtəlif iqtisadi sektorlarda çoxşaxəli əməkdaşlıq mövcuddur, bu da iki ölkənin imkanları nəzərə alınmaqla genişləndirilə bilər.