İranlı deputatdan sevindirici xəbər:
Azərbaycanla ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq
İran parlamenti - İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı bildirib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq.
İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ərdəbil, Nir, Nəmin və Səreyin şəhərlərinin parlamentdəki nümayəndəsi Sudef Bədrinin sözlərinə görə, prezident Məsud Pezeşkiyanın Azərbaycana səfəri zamanı ticarət əlaqələrinin beş milyard dollara qədər artırılması razılaşdırılıb.S.Bədri bildirib ki, hazırda İran və Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi bir milyard dollardan azdır: Bu səbəbdən “İran Prezidentinin Bakıya səfəri zamanı əldə edilmiş razılaşmaya əsasən, bu ilin sonuna qədər iki tərəf arasında ticarət əlaqələrinin səviyyəsinin ən azı bir milyard dollara çatdırılması qərara alındı".Deputat vurğulayıb ki, bu səfərin reallaşması sayəsində iki tərəf arasında investisiya platforması yaradılıb: “İran sərmayədarları Azərbaycanın, Azərbaycan investorları da İslam Respublikasının investisiya imkanlarından istifadə edə bilərlər".