Sionist rejimin Suriyaya təcavüzlərinin dayandırılması dünya ictimaiyyətinin təcili addımlarını tələb edir
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sionist rejimin Suriyaya qarşı hərbi hücumlarını kəskin tərzdə pisləyib,/ bu təcavüzlərin dayandırılması üçün dünya ictimaiyyətinin təcili tədbir görməsini istəyib.
İsmayıl Bəqayi sionist rejimin Suriyanın hərbi və mülki infrastruktur imkanları və strateji maliyyələrini hədəfə almasına, bu ölkəyə qarşı ardıcıl təcavüzlərinə, eləcə də Suriyanın müəyyən hissələrinin sözügedən rejim tərəfindən işğal olunmasının davam etməsinə işarə edib.
Bu gün hamıya aydın olubdur ki, işğalçı rejimin əsas məqsədi, Suriyada və bölgədə öz şər tamahkarlıqlarını davam etdirə bilmək üçün müstəqil bir ölkə kimi Suriyanın infrastruktur, iqtisadi və müdafiə qabiliyyətlərini məhv etmək və dağıtmaqdır- deyə, Bəqayi vurğulayıb.
Suriyanın hazırkı duruma düşməsində əlləri olan ölkələrin məsuliyyətlərinə toxunan İran Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə məcbur etmək üçün mövcud mexanizmlərdən istifadə zərurətinə təkid edib.