İran Hindistan və Pakistan arasında gərginliyi azaltmağa çağırır
İranın xarici işlər naziri deyib: "Hidistan yarımadasındakı vəziyyət İran üçün çox önəmlidir və biz bu bölgədə gərginliyin azaldılmasına çağırırırq".
Seyid Abbas İraqçi bazar ertəsi səhər tezdən İslamabada çatdıqdan sonra Pakistana rəsmi səfərinin məqsədi ilə bağlı suala cavab ilaraq, deyib: "Regiondakı vəziyyət İran üçün son dərəcə önəmlidir və biz gərginliyin azaldılmasının vacibliyini vurğulayırıq, eyni zamanda bütün tərəfləri təmkinli olmağa və vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırırıq”.
Əraqçi bildirib: "Bu səfər zamanı Pakistan rəsmiləri, o cümlədən prezident, baş nazir və xarici işlər naziri ilə mühüm görüşlər keçiriləcək və pakistanlı dostlarımızla ikitərəfli əlaqələr və regional hadisələrlə bağlı fikir mübadiləsi aparacağıq".
O, əlavə edib: "ümid edirik ki, İran və Pakistan arasında əməkdaşlığı daha yaxşı istiqamətə yönəltmək səylərimiz uğurlu olacaq".