Əraqçi: Trampın Ərəbistanda verdiyi açıqlamalar aldadıcı idi
İran xarici işlər naziri Nazirlər Kabinetinin iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın Ərəbistanda İran haqqında söylədikləri ilə bağlı sualın cavabında deyib: "Mən dünən axşam ABŞ prezidentinin açıqlamalarını eşitdim. Təəssüf ki, aldadıcı baxış ifadə olundu".
Seyid Abbas Əraqçi davamında deyib: "Onun region ölkələrinin inkişaf və tərəqqi yolundan bəhrələnmə meyli ilə bağlı söylədikləri İran xalqının öz inqilabı ilə seçdiyi və müstəqil, demokratik, azad, firavan və qabaqcıl ölkəyə sahib olmaq üçün qət etdiyi yoldur".
O, əlavə edib: "Son 40 il ərzində sanksiyalar, təzyiqləri, hərbi və mülki təhdidləri ilə İran xalqının tərəqqisinə mane olan məhz Amerika olub. İqtisadi problemlərin amili ABŞ və hegemonçu siyasətlərdir ki, İran xalqına tətbiq edib və qeyri-müstəqil və sözə baxan bir quruluş istəyib ki, bu da, İran xalqının izzəti ilə zidiyyət təşkil edir".
Seyid Abbas Əraqçi qeyd edib ki, ABŞ prezidenti sionist rejimin regionda törətdiyi bütün cinayətlərə göz yumur və İranı təhdid kimi göstərməyə çalışır, Bu, “açıq-aşkar aldatma və təhdidlərin yerini dəyişdirməkdir. Qəzzədə 60 min insanı hansı rejim öldürüb? Qəzzədə bu qədər dağntını kim törədib? Hansı rejim Livan, Suriya və Yəmən də daxil olmaqla Fələstinin ətraf bölgələrinə hücum edir? Sionist rejimin son aylarda Suriyada işğal etdiyi ərazilərin miqyası Qəzzənin bütün ərazisindən daha böyükdür. Sionist rejim Qəzzədə bir xalqı iqtisadi blokadaya alıb. Bütün bu məsələlər diqqətdən kənarda qalır və eyni zamanda İranı regiona təhlükə kimi təqdim etməyə çalışırlar ki, əsas təhlükə unudulsun, lakin bu yolda da uğur qazana bilməyəcəklər.