Pezeşkiyanın bu açıqlaması Azərbaycan mediasında geniş işıqlandırıldı:
"İran Azərbaycanla qardaşlıq əlaqələrinin tərəfdarıdır"
İran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələrinin tərəfdarıdır.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə söylədiyi bu fikirlər Azərbaycan Respublikası mediasında geniş rezonans doğurub.
Pezeşkiyan deyib ki, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.
Onun sözlərinə görə, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkiyan 28 apreldə Azərbaycana səfər edib. Səfər çərçivəsində o, İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.