Traktorun çempionluğu BMT-də alqışlandı
Səfir İrəvani: Traktor dünyada futbolun birləşdirici rəmzinə çevrilib
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Traktor futbol komandasını dünyada bu idaman növünün birləşdirici gücünün simvollarından biri adlandırıb.
Əmir Səid İrəvani Ümumdünya Futbol Günü münasibətilə təşkilatın binasında etdiyi çıxışı zamanı Təbrizdə 300 minlik Traktor çempionatının keçirilməsini futbolun birləşdirici gücünün əlamətlərindən biri hesab edərək deyib: “Ümumdünya Futbol Günündə biz təkcə dünyanın ən populyar idman növünü deyil, həm də onun təmsil etdiyi dəyərləri – birgə çalışmağı, şövq, tolerantlıq və birliyi qeyd edirik. Futbol sərhədləri aşaraq, ayrı-ayrı mədəniyyətlərdən və millətlərdən olan insanları bir araya gətirən universal bir dildir”.
Səfir sonra qeyd edib: “İranda futbol milli həyatda dərin kök salıb və misilsiz populyarlıq qazanır. Milli komandamız milli birlik və qürur rəmzi kimi dayanır. Xüsusilə də İran futbol üzrə dünya çempionatına vəsiqə qazanan ilk komandalar sırasında olub ki, bu da futbolçularımızın gücünü və əzmini göstərir”.
Onun sözlərinə görə, İranın “Traktor”, “Persepolis” və “İstiqlal” kimi böyük klubları regional və mədəni sərhədləri aşan geniş dəstəyə malikdir. Keçən həftə 100 000-dən çox azarkeş Traktorun Fars Körfəzi Premyer Liqasındakı qələbəsini qeyd etmək üçün Təbriz stadionuna toplaşdı və daha 200 000 insan şənliklərə qoşularaq şəhəri dolaşıb futbolun birləşdirici gücünü nümayiş etdirdi. Klub həmçinin İran və qonşu ölkələrdəki azarkeşlərdən də çoxlu təbriklər aldı.
İrəvani əlavə edib: “Bu xüsusi günü qeyd edərkən gəlin futbolun dərin sosial təsirini və sülh vasitəsi olduğunu tanıyaq. Bu kontekstdə biz beynəlxalq ictimaiyyəti, o cümlədən BMT agentliklərini, inkişaf banklarını və idman federasiyalarını Yer Kürəsinin cənub ölkələrində idman infrastrukturunun inkişafına diqqət yetirməyə çağırırıq”.