Bəqayi: İran zənginləşdirmədən imtina etməyəcək
May 27, 2025 12:59 Asia/Baku
Xarici İşlər Nazirliyinin sözçüsü CNN-lə müsahibəsində dedi: "İndiyədək danışıqları davam etdirməyimiz o deməkdir ki, müəyyən bir anlaşma səviyyəsi mövcuddur. İran heç bir halda sülh məqsədli nüvə enerjisindən, o cümlədən zənginləşdirmədən istifadə haqqından imtina etməyəcək."
"Təhdidlər, əlbəttə ki, faydalı deyil. Siz bilirsiniz ki, iranlılar heç bir təzyiqə boyun əymir. Biz əsrlər boyunca dəfələrlə sübut etmişik ki, iranlılar heç bir təhdidə və ya təzyiqə müsbət cavab vermirlər.""Ona görə də belə bir dilin işlədilməsinə qarşı iranlılar yekdilliklə reaksiya verir və biz milli təhlükəsizliyimizi qətiyyətlə müdafiə edəcəyik."