İyun 05, 2025 12:49 Asia/Baku
  • Pəzeşkiyan və Əliyev dostluq körpüsünü möhkəmlətdilər

İran və Azərbaycan prezidentləri qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirdilər

İran İslam Respublikasının Prezidenti doktor Məsud Pəzeşkiyan Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə telefon danışığı aparıb. Prezident Pəzeşkiyan son səfəri zamanı əldə edilmiş razılaşmaları iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.